SEÇKIÖNCƏSI NÖVBƏTI MONITORINQIN YEKUNLARINA DAIR HESABAT AÇIQLANIB

Hesabat müəllifləri elektron kütləvi informasiya vasitələrində namizədlər arasında bərabərliyi ən çox ANS televiziyasının qoruduğunu elan edib

Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup 15 oktyabr prezident seçkiləri ərəfəsində sərbəst toplaşma azadlığının və təşviqat kampaniyasının monitorinqinin yekunları ilə bağlı hesabat açıqlayıb. Monitorinq qrupunun eksperti Əliməmməd Nuriyev bildirdi ki, təşviqat dövründə cəmi bir mitinq keçirilib, daha üç kütləvi aksiyanın keçirilməsi üçün isə Bakı şəhər icra hakimiyyətin müraciət edilib.
Monitorinq zamanı məlum olub ki, prezidentliyə namizədlər təbliğat kampaniyalarında daha çox yığıncaq formatına üstünlük veriblər. Qrupun hesablamalarına görə, prezidentilyə namizədlər təşviqat dövründə ümumilikdə 505 belə toplantı keçiriblər: “Bu həm görüşlər formasında olub, həm yığıncaqlar formasında olub, həm açıq havada olub, həm də qapalı havada olub. Eyni zamanda mitinqlər formasında həyata keçrilmişdi. Bu sərbəst toplaşmaq azadlığıdır”. Əliməmməd Nuriyevin fikrincə təbliğat-təşviqat kampaniyası dövründə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması halları müşahidə olunmayıb.
Seçki kampaniyası dövründə kütləvi informasiya vasitələrinin monitorinqini aparan Birgə İşçi qrupunun eksperti Hüquq Salmanov isə dedi ki, təşviqat dövründə qəzetlər namizədlərlə bağlı bitərəf mövqe tutmayıblar: “Qəzetlərdə yenə təəssüflər olsun. Bunu 2003-də də qeyd edirdik, 2008-də də qeyd edirdik, indi də qeyd edirik. Təəssüflər olsun ki qəzetlər cəbhələrə bölünüb. Müxalifət qəzetləri iqtidar qəzetdər və şübhəsiz ki 2-3 müstəqil qəzetlər var”. Ekspert bildirib ki, elektro kütləvi informasiya vasitələrində namizədlər arasında bərabərliyi ən çox ANS televiziyası qoruyub. Qeyd edək ki, Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup növbəti hesabatını prezident seçkilərindən sonra açıqlayacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO