“SEÇKILƏRLƏ BAĞLI LAYIHƏLƏRIN TƏQDIMATI” MÖVZUSUNDA MƏTBUAT KONFRANSI KEÇIRILIB

Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) təmsilçiləri “Prezident seçkiləri ilə bağlı layihələrin təqdimatı” mövzusunda mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, tədbirdə BİQ eksperti Əliməmməd Nuriyev təbliğat – təşviqat kampaniyası dövründə sərbəst toplaşma azadlığının monitorinqi ilə bağlı hazırladığı hesabatı təqdim edib. Onun sözlərinə görə, təbliğat-təşviqat dövründə prezidentliyə namizədlər tərəfindən cəmi bir mitinq keçirilib, daha üç mitinq keçirilməsi üçün müraciət edilib. Ə. Nuriyev deyib ki, prezidentliyə namizədlər daha çox yığıncaq formatından istifadə ediblər. Belə ki, təbliğat-təşviqat dövründən indiki vaxta qədər namizədlər tərəfindən 451 toplantı keçirilib ki, həmin toplantılarda 371 min insan iştirak edib. Seçki kampaniyası dövründə Kütləvi İnformasiya Vasitələrinin monitorinqini aparan BİQ üzvü Hüquq Salmanovun sözlərinə görə, monitorinqə Day.az, “Azəri-Press” İnformasiya Agentliyi və 1 news.az saytları da cəlb olunub. Sentyabrın 17-dən oktyabrın 2-dək olan müddəti əhatə edən dövrdə sözügedən KİV-lər ümumilikdə prezidentliyə namizədlər haqqında 110 məlumat verib. Bu məlumatların 44-ü İlham Əliyev, 17-i Qüdrət Həsənquliyev, 15-i İqbal Ağazadə, yerdə qalanları isə digər namizədlər haqqında olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO