Seçkilərini izləyəcək AŞ PA, Avropa Parlamenti və ATƏT müşahidəçilərinin səfər proqramı açıqlanıb

Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropa Parlamenti və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qısamüddətli müşahidəçiləri prezident seçkilərini izləmək üçün oktyabrın 12-17-də Azərbaycanda səfərdə olacaq. AŞ PA katibliyindən APA-nın Avropa bürosuna verilən məlumata görə, AŞ PA-nın müşahidə qrupuna 26 parlamentar, AŞ Venesiya Komissiyasının 1 eksperti və AŞ PA Katibliyindən 5 nəfər daxildir. Müşahidə missiyasına AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel rəhbərlik edəcək. Missiya oktyabrın 13-14-də müxtəlif görüşlər keçirəcək. Görüşlər, əsasən, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, prezidentliyə namizədlər, müxalifət partiyalarının rəhbərləri, media və vətəndaş cəmiyyətinin üzvləri ilə keçiriləcək. Oktyabrın 15-də seçkiləri müşahidə edəcək missiya oktyabrın 16-da seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO