“Seçki 2008” QHT Koalisiyası “Seçkilərdə müşahidəçilik” adlı məlumat kitabçası hazırlayıb və çap edib.
Lent.az-ın xəbərinə görə, hüquqşünas Ələsgər Məmmədlinin hazırladığı kitabçada yerli müşahidəçilər üçün vacib məlumatlar toplanıb. Kitabçada seçkilərdə müşahidənin aparılması, müşahidəçinin hüquq və vəzifələri, habelə müşahidəçilər üçün qanunvericilikdə nəzərdə tutulmuş qadağalar öz əksini tapıb. Seçki prosesi, vətəndaşların seçki hüquqları, səsvermə qaydaları, səslərin hesablanması, dairə seçki komissiyalarının və Mərkəzi Seçki Komissiyasının protokollarının tərtib edilməsi qaydaları da kitabçada izah olunub.
Müşahidənin aparılması üçün MSK-ya müraciət üçün ərizə forması, seçki günü qanun pozuntuları olduğu halda Akt və yekun rəy üçün formalar da nümunə üçün kitabçada yer alıb.
Müşahidəçilər üçün nəzərdə tutulan kitabça pulsuz paylanır.