“Seçki 2008” QHT Koalisiyası oktyabrın 8-də beynəlxalq konfrans keçirəcək. Bu barədə seçki2008.info saytına Koalisiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. “Keçid demokratiyalarında azad seçkilər: bacarıqlar və imkanlar” adlanan konfransda ATƏT, İFES, MSK və vətəndaş cəmiyyətini təmsil edən yerli və xarici ekspertlərin məruzələri dinləniləcək. Müzakirələrdə prezidentliyə namizədlər, xarici səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, siyasi partiya və QHT rəhbərləri, seçki ekspertləri iştirak edəcək.