Seçki-2008: Namizədlər kimlərdir?

Bu il oktyabrın 15-də keciriləcək prezident seçkilərində
iştirak edəcək namizədlərin siyahısını diqqətinizə catdırırıq:

Fuad Ağası oğlu Əliyev

Namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb

İqbal Feyruz oğlu Ağazadə

1968-ci ildə Füzuli rayonunda anadan olub
1986-1988-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib.
1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində, 1992-1997-ci illərdə Kiyev Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb.
1992-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy bölgələrindəki döyüşlərdə iştirak edib. Qarabağ müharibəsi veteranıdır.
1994-1995-ci illərdə Bakı Dövlət Universitetində, 1995-1997 –ci ilərdə Bakı Asiya Universitetində fars dili və politologiyanı tədris edib.
1998-2000-ci illərdə Qarabağ Uğrunda Umumazərbaycan Hərəkatının yaradıcılarından biri və Hərəkatın İdarə Heyətinin sədri olub.
İkinci Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 10 saylı Xətai ikinci Seçki Dairəsindən millət vəkili seçilib.
2002-ci ilin dekabrından Ümid Partiyasının sədridir.
İ.Ağazadə 17 oktyabr 2003-cü ildə həbs olunub. 20 mart 2005-ci ildə prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb. 30 iyun 2005-ci ildə Nərimanov Rayon Məhkəməsi onun üzərindən məhkumluğunu götürüb.
06 noyabr 2005-ci il Üçüncü Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü Seçki Dairəsindən yenidən millət vəkili seçilib.
Milli Məclisin İnsan Haqları Komissiyasının üzvü, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Türkiyə-Azərbaycan, İordaniya-Azərbaycan dostluq qruplarının, Dünya Azərbaycanlıları Konqresinin üzvüdur.
Ailəlidir, iki övladı var.

Mustafayev Fazil Qəzənfər oğlu

1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Fəlsəfə elmləri namizədidir. Rus dilini bilir.
1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998-2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışıb.
Böyük Quruluş Partiyasının sədridir.
2005-ci il noyabrın 6-da 26 saylı Sabunçu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İordaniya, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Qüdrət Müzəffər oğlu Həsənquliyev

1965-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Nəsimi rayon prokurorluğunda müstəntiq, dövlət katibinin köməkçisi,
Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.
1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət Heyətinin üzvü, 2002-ci ilin avqustunda AXCP-nin birləşdirici qurultayında partiyanın sədri seçilib.
2003-cü il martın 5-də Milli Məclisin deputatı seçilib.
2003-cü ildə keçirilən prezident seçkilərində partiyanın namizədi kimi iştirak edib. 2005-ci ilə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə növbəti dəfə millət vəkili seçilib.
Amerika Birləşmiş Ştatlarının məhkəmə-hüquq sistemiylə tanış olmaq üçün ABŞ-ın Beynəlxalq İnkişaf Üzrə Agentliyinin dəvətiylə bu ölkədə səfərdə olub. Almaniya Federativ Respublikasının Fridrix Nauman Fondunun xətti ilə rəhbər kadrlar üçün Beynəlxalq Akademiyada kurs keçib, Böyük Britaniyanın Seçki Rəsmiləri Assossiyasiyasının dəvəti ilə Mərkəzi Seçki Komissiyasının katibi kimi İngiltərədə keçirilən bir sıra rəsmi tədbirlərdə, Almaniyanın Münhen şəhərində Marşall Fondunun təşkil etdiyi konfranslarda, Dünya Azərbaycanlıları Konqresinin qurultaylarında, o cümlədən Fransa, Hollandiya, Macarstan, Yunanstan və Türkiyədə müxtəlif tədbirlərdə iştirak edib.
Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan «İlin Ən fəal millət vəkili» nominasiyası üzrə «Mütərəqqi ideyalar müəllifi» mükafatıyla təltif olunub.
2005, 2006, 2007-ci illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda ilin ən fəal beş millət vəkilindən biri seçilib.
Azərbaycan Respublikası Mill Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Belçika parlamentlərarası deputat qrupunun sədridir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2008-ci il iyunun 7-də keçirilən Qurultayında növbəti dəfə partiyanın sədri seçilib və prezidentliyə namizədliyi irəli sürülüb.
Evlidir, 2 övladı var.

İlham Heydər oğlu Əliyev

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verilib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlanılıb.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı var.

Qulamhüseyn Surxay oğlu Əlibəyli

Qulamhüseyn Surxay oğlu Əlibəyli 1958-ci ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda həmin Universitetin Konstitusiya hüququ kafedrasının baş müəllimi işləyir.
1992-1993-cü illərdə Milli Məclis aparatının Dövlət quruculuğu şöbəsinin müdiri, Prezidentin parlamentlə əlaqələr üzrə müşaviri, 1995-2005-ci illərdə Milli Məclisin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü olub.
2001-2005-ci illərdə Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının Hüquq məsələləri və insan haqları daimi komitəsinin üzvü olub.
1992-2008-ci illərdə AXCP Ali Məclisinin sədri olub.
Evlidir, 4 övladı var.

Hacıyev Hafiz Ələmdar oğlu

1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1962-1973-cü illərdə Zod kənd orta məktəbində orta təhsil alıb. 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsinə daxil olub, 1979-cu ildə həmin ali məktəbi bitirib. 1988-ci ildən biologiya elmləri namizədidir.
1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləyib və I katibi əvəz edib.
1982-89-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989-90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-92-ci illərdə Azərbalıq İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-93-cü illərdə «Azərbalıq» Dövlət Konserninin sədri vəzifəsində çallışıb.
1993-cü 1999-cu illərdə həbsdə olub. 2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanin II Qurultayında partiyanın sədri seçilib.
Ailəlidir, 3 uşağı var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO