“Seçki 2008″ QHT Koalisiyası İTV ilə birgə ”Ortaq Məxrəc” verilişində “Azad və ədalətli seçkilərin keçirilməsində KİV-in və QHT-lərin rolu” mövzusunda tolk-şou keçirəcək.
Verilişdə koalisiya üzvləri Vahid Qazi və Osman Gündüz, həmçinin ekspertlər Ələsgər Məmmədli, Məhərrəm Zülfüqarlı, Cümşüd Nuriyev və Hafiz Həsənov iştirak edəcək.
Tolk-şouda QHT və KİV-in seçkilərdə ictimai nəzarəti həyata keçirmə yolları, gördüyü işlər və onların rolu haqqında müxtəlif tərəflərin fikir və münasibətləri səslənəcək.
Tolk-şou bu gün saat 18.50-də İTV-də efirə gedəcək.