Sabunçu-Zabrat avtomobil yolu açılıb.


Bu gün səhər saatlarından etibarən iyunun 5-də təmirlə əlaqədar bağlanan şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsi tam istifadəyə verilib.

Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahədə 300 metrlik yol bağlı qalmışdır ki, bu gün səhər saatlarında sözügedən yol hərəkət üçün tamamilə açılıb: «Hazırda bu hissədə xətləmə işləri və Babək küçəsində 18 metrdən 22 metrədək genişləndirilən 200-250 metr hissənin asfalt-beton örtüyü ilə çəkilməsi işləri qalıb ki, bu işlər də yaxın 2-3 günə başa çatdırılacaq».

P.Mürsəliyev onu da qeyd edib ki, Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahə avtomobillərin hərəkəti üçün tam istifadəyə verilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO