Şabran rayon ƏSMM-də 94 min manatlıq korrupsiya

Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin tələblərinə zidd olaraq sosial müavinətlərin təyinatı və ödənilməsi zamanı 94 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədilməklə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO