Sabiq prezidentlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, eləcə də Madrid Klubunun birgə təşkilatçılığı ilə sentyabrın 4-6-da Bakıda keçiriləcək Yüksək Səviyyədə Toplantı çərçivəsində Cənubi Qafqazdakı münaqişələr müzakirə olunacaq.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müzakirələrdə Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra Vike-Frayberqa, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen və Şri-Lankanın sabiq Prezidenti Çandrika Kumaratunqa çıxış edəcək.
Latviyanın sabiq Prezidenti xanım Frayberqa və Finlandiyanın keçmiş dövlət başçısı Halonen Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini dəfələrlə vurğulayaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid ediblər.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək bu müzakirələr münaqişə dövründə ilk dəfə reallaşan təşəbbüsdür.
Belə müzakirələrin silsilə xarakter daşıması nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO