Sabiq amerikalı həmsədr: Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində genişmiqyaslı əməliyyatlar hər an alovlana bilər

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində insidentlər adi hal olaraq qalır və genişmiqyaslı hərbi əməliyyatların hər an alovlanma riski var.

Bunu özəl açıqlamasında ABŞ-ın Kentukki Universitetinin diplomatiya və münaqişələrin nizamlanması üzrə professoru, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano deyib.

Ekspertin sözlərinə görə, 2017-ci ildə Avstriya ATƏT-dəki sədrliyi müddətində səy göstərib ki, Bakı və Yerevanın 2016-cı ildə Vyana və Sankt-Peterburqda razılaşdıqları etimadın möhkəmləndirilməsi mexanizmlərini işə salsın: “İnsidentlərin araşdırılması mexanizmi əvvəlki kimi mürəkkəb olsa da, bundan əvvəl müzakirə olunmuş ATƏT müşahidəçilərinin sayının 6 nəfərdən 13 nəfərədək artırılması mümkündür”.

K.Kavano Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri səviyyəsində dialoqun bərpa olunması faktını müsbət qiymətləndirsə də, qeyd edib ki, tərəflər hər hansı bir irəliləyişə nail olmayıblar:

“2017-ci ilin əvvəlində qoşunların qarşıdurma xəttində gərginliyin artması halları qeydə alınsa da, ATƏT-in Minsk qrupu həmsədrlərinin, Avstriyanın ATƏT-dəki sədrliyinin və digər aparıcı qüvvələrin fəal iştirakı Azərbaycanla Ermənistan arasında dialoqun bərpa olunmasına xidmət etdi”.

Trend

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO