Mərkəzi Seçki Komissiyası (MSK) sabahdan oktyabrın 15-də keçiriləcək prezident seçkilərində istifadə olunacaq seçki bülletenlərinin çapına başlayacaq.
APA-nın məlumatına görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, bülletenlər Milli Məclisin mətbəəsində çap olunacaq. Bülletenlərin sayı qanuna müvafiq olaraq ölkə üzrə seçicilərin sayından 3 faiz artıq çap ediləcək: “Bülletenlər çap olunacaq mətbəə xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürüləcək. Artıq bununla bağlı aidiyyəti qurumlara məlumat verilib”.
M. Pənahov bildirib ki, bülletenlərin çapı 8-10 günə yekunlaşacaq.