Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşünün yeri və vaxtı açıqlanıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, görüş sabah Moskvada keçiriləcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə verdiyi açıqlamasında xarici işlər nazirlərinin aprelin sonlarında, Azərbaycan və Ermənistan prezidentlərinin isə yay aylarında görüşəcəklərini bildirmişdi.