Almaniyanın ATƏT-də sədrliyinin əsas prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib.
Onun sözlərinə görə, həmçinin dondurulmuş münaqişələr probleminə, ATƏT ölkələri arasında iqtisadi əlaqələrin inkişafına diqqət yetiriləcək.
Səfir qeyd edib: “Azərbaycanın da iştirak edəcəyini gözlədiyimiz müxtəlif biznes forumların və konfransların keçirilməsi planlaşdırılır”.
Xatırladaq ki, Almaniya 2016-cı ildə ATƏT-in sədri oldu.