Rusiyanın Baş naziri: Bəşər Əsəd qaçılmaz səhvə yol verib

Bəşər Əsəd qaçılmaz səhvə yol verib. CNN telekanalına müsahibə verən Rusiyanın baş naziri Dmitri Medvedev belə deyib.
Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, artıq Rusiya hökumət başçısı Suriya liderinin hakimiyyətdə uzun müddət qalacağına ümid bəsləmir.
Medvedev etiraf edib ki, Əsədin prezident postunda qalmaq şanşı günbəgün azalır.
Əsədin hakimiyyətdə qalıb-qalmamasına gəlincə isə, Baş nazir bu məsələnin nə Rusiya, nə ABŞ, nə də digər ölkənin deyil, məhz Suriya xalqının qərarına bağlı olduğunu deyib.
Rusiya rəsmisi Suriya liderinə dəfələrlə zəng etdiyini, onu danışıqlara cəlb etməsi üçün dilə gətirdiyini və Əsədin siyasi islahatlara başlamasının vacibliyini xatırlatdığını da gizlətməyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO