Rusiya XİN rəhbəri: “Bu vaxtadək hazırlanan sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyib”

Rusiya XİN rəhbəri: “Bu vaxtadək hazırlanan sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyib”“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil”.
APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Qarabağ nizamlanması ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlərin olduğunu deyən nazir onların danışıqlar prosesində mövcud olan yeganə sənədlər olduğunu bildirib.

“Bu sənədlərdən başqa sənəd mövcud deyil. Həmin sənədlər ATƏT-ə göndərilib. Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib. Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir. Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə “ya hər şey, ya heç nə” prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq”, – deyə o vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO