Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən görüşdə tərəflər beynəlxalq terrorizmlə mübarizədə, o cümlədən Qafqaz regionunda Rusiya-ABŞ əməkdaşlığına dair məsələləri müzakirə ediblər.
Görüşdə, həmçinin Cənubi Qafqazdakı vəziyyət, Dağlıq Qarabağ və Dnestryanı problemləri müzakirə olunub.