“Azərbaycanda çox uğurlu seçki keçirilib”. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. O, ölkəni və onun rəhbərini uğurlu seçkilər və qələbə münasibətilə təbrik edib. Diplomat MDB-nin müşahidəçilik institutunun rolunu xüsusi qeyd edib: “Müşahidəçilərin rəyi ciddi məlumatlara əsaslanırdı”.
Bir çox MDB müşahidəçisi ilə söhbət etdiyini söyləyən V. İstratovun sözlərinə görə, bu şəxslər Azərbaycandakı seçkilərin öz keyfiyyətinə görə analoqu olmadığını vurğulayıblar: “Digər ölkələrlə müqayisədə Azərbaycan öndədir”.