Rumıniyada AGRI layihəsi ətrafında müzakirələr aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 15-16 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri çərçivəsində 16 sentyabr tarixində Rumıniyanın Enerji naziri Razvan Nikolesku ilə görüşmüşdür.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector (AGRI) layihəsi ətrafında müzakirələr aparılıb.

Razvan Nikolesku ölkəsinin Azərbaycan ilə enerji sahəsində daha da sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirib və enerji təminatı üçün alternativ imkanların olmasının hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barəsində məlumat verən nazir Elmar Məmmədyarov bu ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin 20 illiyinin qeyd olunacağını və bu münasibətlə Bakıda təşkil ediləcək tədbirlər çərçivəsində TANAP layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO