“Şərq Tərəfdaşlığı”nın növbəti sammiti noyabrda Litvada keçiriləcək

“Şərq Tərəfdaşlığı” Proqramına qoşulmuş ölkələrin üçüncü sammiti bu ilin noyabr ayında Vilnüs (Litva) şəhərində keçiriləcək. APA-nın Litva mətbuatına istinadən xəbərinə görə, sammit iştirakçıları Avropa Birliyi (AB) və proqram ölkələri arasındakı əməkdaşlığın aktual mövzularını, o cümlədən siyasi məsələləri və iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.
Qeyd edək ki, AB və “Şərq Tərəfdaşlığı” üzvü olan ölkələrin dövlət başçılarının ilk görüşü 2009-cu ildə Praqa şəhərində keçirilib. 2011-ci ilin sentyabrında Polşada baş tutan ikinci sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO