Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəsi qəbul edilib

Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəsi qəbul edilibAŞPA Siyasi Məsələlər Komitəsində Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağvə digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirə edilərək qəbul edilib.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin məruzəyə təklif etdiyi 3 düzəliş də qəbul edilib: “Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində “…Dağlıq Qarabağregionuna dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin “…Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi ilə əvəz edilməsini ehtiva edir. İkinci düzəlişdə D. Əsgərov və Ş. Quliyevin qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı “…işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır” ifadəsi təklif edilmişdi. Nəhayət, irəli sürdüyümüz 3-cü düzəlişdə Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsinin “qətiyyətlə pislənir” ifadəsi ilə əvəzlənməsi əks etdirilir”.

E. Süleymanov bildirib ki, Azərbaycan tərəfi Ermənistan nümayəndə heyəti və ermənipərəst qüvvələrin komitə iclasında qeyd edilən məruzənin qəbul edilməsinin qarşısını almaq üçün təxribat tərkibli müxtəlif vasitə və metodlardan istifadə edəcəyinə hazır olub: “Ermənistan tərəfinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsi bunu düşünməyə əsas verirdi. Bundan əlavə, işğalçı Ermənistanın kütləvi informasiya vasitələri Komitənin 4 noyabrda Parisdə keçiriləcək iclası ərəfəsində məruzədə çoxsaylı anti-erməni müddəanın olması və məruzənin bütövlükdə Azərbaycan yönümlü xarakter daşıdığı barədə materiallar dərc etdi. Digər tərəfdən, müzakirələrdə Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Haqdalyan, üzvlər Rustamyan və Karapetyan iştirak edirdi. Onlar inadkarlıqla riyakarlıq nümayiş etdirərək, məruzənin qəbul edilməsinin qarşısını almağa çalışırdılar. Onlar hətta bütövlüklə reallığı inkar edərək, həyasızcasına bu qətnamənin ləğv edilməsi və bir daha bu mövzuya qayıdılmaması təklifini irəli sürdülər. Erməni tərəfinin bu sərsəm təklifi səsə qoyuldu və 14 səs lehinə, 24 səs isə əleyhinə olmaqla rədd edildi”.

Millət vəkili Azərbaycanın maraqlarına zidd olan 3 düzəlişin də qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, bu gün qəbul edilən məruzəAŞPA-nın yanvar sessiyasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, məruzədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və iyirmi ildən artıq müddət ərzində işğal altında saxlanılması öz əksini tapıb. Sənəddə BMTTəhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr xatırladılır, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir, girov götürülmüş D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO