Çörək məhsullarının keyfyyətinə dövlət nəzarəti gücləndirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini gücləndirib. Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlakçıların keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi, çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirləri daha da gücləndirilib.
Bununla bağlı verilmiş əmrə əsasən, xidmətin müvafiq struktur bölmələri əhatə etdikləri rayonlar üzrə çörək istehsalı və idxalı ilə məşğul olan təsərrüfat subyektlərinin siyahısını hazırlayıb, həmin müəssisələrdə istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm olaraq monitorinqlərin aparılması işini təmin etməli, mövcud problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədi ilə çörək məmulatları istehsalçıları ilə açıq görüşlərin təşkil edilməsi, istehlakçıların maarifləndirilməsi, kütləvi informasiya vasitələrində bu sahədə həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumatların verilməsi işini gücləndirməlidirlər.
Qeyd edək ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin nəticəsi olaraq 261 sahibkarlıq subyektində normativ sənədlərin tələblərinin pozulduğu və çatışmazlıqlar aşkar edildiyinə görə, nöqsanlar aradan qaldırılanadək məhsulların istehsalı və satışı qadağan edilib. Bunlardan 66-sı çörək məmulatlarının istehsalı müəssisələrinin payına düşür.
Bundan əlavə, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikasında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 15) yaradılıb.
Texniki Komitə tərəfindən hazırda “Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər” standartı layihəsi üzərində iş aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün komitəyə təqdim ediləcəkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO