“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunsa, Azərbaycanda regionda əsas oyunçuya çevrilə bilər. Münaqişənin nizamlanmasında irəliləyişlər geniş regional inteqrasiyaya səbəb ola bilər. Demokratik və iqtisadi islahatların keçirilməsi uzunmüddətli stabillik üçün doğrudan da zəruridir”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsində nəşr olunan “The politics” nəşrinə müsahibəsində deyib.
Azərbaycanın inkişafının regional perspektivləri barədə sualı cavablandıran səfir qeyd edib ki, ölkə zəngin enerji resursları sayəsində iqtisadi cəhətdən aktiv inkişaf edir: “Azərbaycanın əhəmiyyətli regional oyunçu olmaq üçün tam bir potensialı var, buna nail olmaq üçün düzgün addımlar atmaq lazımdır”.
Riçard Morninqstar qeyd edib ki, ABŞ Azərbaycanın inkişafına dəstəyi davam etdirməyə, ATƏT-in Minsk Qrupunun həmsədri kimi isə Dağlıq Qarabağ münaqişəsini nizamlanmasına yardım göstərməyə hazırdır: “Artıq 20 ildən çox vaxt keçib və bu məsələ hələ də həll olunmayıb. Bu, çox təhlükəli regional münaqişədir”.