Regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramı hazırlanır
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə yeni dövlət proqramı hazırlanır. Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyindən AzərTAc-a bildiriblər. Proqramın tam həyata keçirilməsinə təqribən 18 milyard manat vəsait yönəldiləcək. Məlumatda bildirilir ki, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə regionların potensialından daha səmərəli istifadə olunacaq. Cari ilin dövlət büdcəsinin investisiya xərclərindən 2 milyard manat və ya 47 faizi regionlara yönəldiləcək.