Martın 17-də təşviqat aparan qruplar qanunla cəzalandırıla bilər Martın 18-də konstitusiyaya edilən əlavə və dəyişikliklə bağlı keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar aparılan təşviqat kampaniyası sabah başa çatır.
Təşviqat qrupları sabah sonuncu dəfə seçiciləri konstitusiyanın 29 maddəsinə ediləcək əlavə və dəyişikliklərin leyhinə və ya əlehinə münasibət bildirməyə çağıracaqlar.
Martın 17-də mətbuat və ya digər vasitələrlə təşviqat aparan təşviqat qrupları qanunla cəzalandırıla bilər.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası respublika ərazisində 9, dairə seçki komissiyalarının ərazilərində isə 124 təşviqat qrupunu qeydiyyatdan keçirib.
Artıq respublika üzrə müşahidə aparmaq istəyən 2220 müşahidəçi qeydə alınıb və müvafiq vəsiqə ilə təmin olunub. Müşahidəçilər 23 qeyri-hökumət təşkilatını, 5 təşviqat qrupunu, 1 partiyanı təmsil edir.
Dairə seçki komissiyalarından isə müşahidəçi qismində 18 mindən çox vətəndaş qeydiyyatdan keçib. /ANS TV/