Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi 10 milyard dollar təşkil edəcək

Son on il ərzində Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi on dəfə artıb və ölkələr növbəti beş il ərzində onun həcmini 10 milyard dollara çatdırmaq niyyətindədir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Türkiyənin “Axşam” qəzeti yayıb. “Cari ilin sonunadək biz əmtəə dövriyyəsini 4 milyard dollara çatdırmaq fikrindəyik. Bizim məqsədimiz mal dövriyyəsini növbəti beş il ərzində 10 milyard dollara çatdırmaqdır”, – Ərdoğan deyib.
Bu gün Türkiyənin Baş naziri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) konfransında iştirak etmək üçün Azərbaycana gəlib.
Onun sözlərinə görə, səfərin gedişində müzakirələrin əsas mövzusu TANAP layihəsi olacaq. Tərəflər digər enerji layihələrini də müzakirə edəcəklər.
Xatırladaq ki, iyunun 26-da Azərbaycan və Türkiyə TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzalayıblar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO