İranda iki gün ərzində 15-dən artıq jurnalist həbs olunub

İranda iki gün ərzində 15-dən artıq jurnalist həbs olunub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fars agentliyi xəbər yayıb.
İslahatçılara yaxın olan müxalifətyönlü nəşrlər, ILNA agentliyi, “Etimad”, “Şarq Bahar”, “Arman”, “Şarq” və “Aseman” dərgisində çalışan jurnalistlər həbs olunub.İslahatçılara yaxın olan müxalifətyönlü nəşrlər, ILNA agentliyi, “Etimad”, “Şarq Bahar”, “Arman”, “Şarq” və “Aseman” dərgisində çalışan jurnalistlər həbs olunub.
“Mehr News”un məlumatına görə, jurnalistlər İranın məhkəmə sistemi tərəfindən verilən order əsasında həbs ediliblər.
“Etimad” qəzeti, eləcə də digər nəşrlərin redaksiyaları əməkdaşlarının həbs edildiklərini təsdiqləyiblər.
Fars agentliyinin məlumatına görə, həbs olunanlar Qərb KİV-i ilə əməkdaşlıqda günahlandırılırlar və tezliklə prokurorluq bu məsələ ilə bağlı bəyanat verəcək.
Ötən həftə İranın məhkəmə sisteminin nümayəndəsi Qulam Hüseyn Möhsüni Ejeyi bildirib ki, etibarlı mənbələrin məlumatına görə, ölkənin yerli kütləvi informasiya vasitələrində işləyən jurnalistlər Qərbin xəbər mənbələrində də çalışırlar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO