İranda həbs olunmuş azərbaycanlı şairlər azad ediliblər

İranda həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə çərşənbə axşamı azad ediliblər. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib. Azərbaycan XİN nümayəndəsi Elman Abdullayev Trend-ə şairlərin azad edilməsi barədə məlumatı təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst Azərbaycan şairlərinin çərşənbə axşamı günorta saatlarında Təbrizdəki Azərbaycanın Baş Konsulluğununa təhvil verilməsini təsdiqləyib. Bu barədə Mehr xəbər yayıb.
Azad olunmuş şairlərimizin sabah Bakıya qayıdışı gözlənilir.
Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO