İran sərhədçiləri böyük narkotik partiyasını ələ keçiriblər


İran sərhədçiləri bu gün səhər saatlarında Sistan-Bəlücitan vilayətində, Əfqanıstan-İran sərhəddində ümumi həcmi 2 ton olan narkotik partiyasını ələ keçiriblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi “Mehr” agentliyi xəbər yayıb.
Məlumata görə, İran polisi sərhəd pozucularına atəş açmalı olub və atışmadan sonra qaçaqmalçılar Əfqanıstana qaçmağa məcbur olublar.
İran Sərhəd polisinin müavini, general Əhməd Hərəvənd qeyd edib ki, son iki həftə ərzində ələ keçirilən narkotiklərin həcmi, ötən ilin (təqim martın 20-də bitir) ananoloji dövründəki göstəricidən 4 dəfə çoxdur.
Yanacaq qaçaqmalçılığından danışan Hərəvənd qeyd edib ki, müsadirə olunan yanacağın ümumi həcmi ötən ilin ananoloji dövründə qeydə alınan göstəriciyə nisbətdə 113 faiz artıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO