İran rəsmisi Ermənistanı dost ölkə adlandırıb.

“İran və Ermənistan arasındakı münasibətlər möhkəm və fərqlidir və heç bir amil bu münasibətlərə təsir göstərə bilməz”, – bu sözləri İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bu gün Ermənistana səfərindən öncə jurnalistlərə açıqlamasında deyib. Trend-in məlumatına görə, bu barədə İranın Nazirlər Kabinetinin rəsmi xəbər saytı mlumat verir.

Nəccar iki ölkə arasında əlaqələrin davamlı və dostcasına olduğunu vurğulayıb və deyib ki, hər gün iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinin şahidi oluruq.

Nazir iki ölkə arasında son illərdə iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb və bildirib ki, proqramlar hazırlamaqla bu əlaqələri daha da inkişaf etdirmək olar.

Nəccar qeyd edib ki, İran regionda sabitlik və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır və öz milli mənafeyini regiondakı sabitlikdə axtarır.

“Heç vaxt qonşularımız arasında ixtilaf olmasını istəməmişik, ona görə ki, onlar arasında münasibətlərin normal olması bizim də xeyrimizədir”, – İran rəsmisi bildirib.

Nəccar deyib ki, İran qonşu ölkələri bir-birinə yaxınlaşdırmaq üçün əlindən gələni etməyə və mövcud problemrlərin həllində yardımçı olmağa hazırdır.

“İran region ölkələri arasında inteqrasiyanı və münaqişənin danışıqlar və qarşılıqlı anlaşma çərçivəsində həllini istəyir. İran Dağlıq Qarabağ münaqişəsinin iki ölkənin səyi nəticəsində qarşılıqlı anlaşma əsasında və digər ölkələrin müdaxiləsi olmadan həll edilməsinin tərəfdarıdır”, – iranlı nazir əlavə edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO