İran parlamentinin komissiya sədri: “AEBA İranla nüvə müzakirələrini siyasiləşdirməməlidir”

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla müzakirələri siyasiləşdirməkdən çəkinməlidir”. APA-nın məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib. O bildirib ki, AEBA müzakirələrdə irəliləyiş əldə etmək istəyirsə, agentliyin nizamnaməsi və NPT müqaviləsi çərçivəsində məsələyə yanaşmalıdır: “AEBA ABŞ-ın və Qərbin siyasi təzyiqlərindən kənarlaşmalıdır. Bu halda agentlik öz öhdəliyini yerinə yetirə bilər. Agentlik İranın nüvə proqramı ilə bağlı müzakirələrə Qərbin maraqlarına xidmət edərək siyasi deyil, texniki cəhətdən yanaşmalıdır”.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO