İran hakimiyyəti müxalifətin səslərin yenidən sayılması tələbini rədd edib

İranın Müşahidə Şurası bu gün prezident seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müxalifətin tələbini rədd edib. Bu barədə Reyter agentliyi Şuranın nümayəndəsi Abbas Əli Kədxodaiyə istinadən məlumat yayıb. “Qanunvericidliyə uyğun olaraq, namizədlərin seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciəti nəzərdən keçirilə bilməz”, deyə Kədxodai İran dövldət televiziyası ilə çıxışında bildirib.

Xatırladaq ki, seçkidə prezident Mahmud Ahmedinejada böyük səs fərqi ilə məğlub olan Mir Hüseyn Musəvi, seçkinin ləğv edilməsi üçün şuraya müraciət etmişdi. Musəvi dünən verdiyi şərhdə, şuranın müsbət bir qərar verəcəyi mövzusunda nikbin olmadığını ifadə etmişdi.

Qeyd edək ki, İranda iyunun 12-də keçirilən prezident seçkisinin nəticələrinə etiraz edən minlərlə insan küçələrə çıxıb. Etiraz aksiyaları qarşıdurmalara çevrilib. Rəsmi olaraq mitinqlərin keçirilməsi qadağan edilsə də, buna məhəl qoyulmur. Bir sıra şəhərlərdə mobil rabitə, internet saytları işləmir.

Xatırladaq ki, ötən həftə İranda keçirilən prezident seçkisində 4 nəfər mübarizə aparıb. Nəticələrin hesablanmasından sonra bəlli olub ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad seçicilərin 62,6 faizinin səsini toplayaraq, yenidən prezident seçilib. Lakin islahatçılar bu nəticələr ilə razı deyillər və təkrar seçkinin keçirilməsini tələb edirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO