Türkiyə ilə, o cümlədən Avropa ölkələri ilə viza rejimi aradan qaldırılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən növbədənkənar iclasda çıxışı zamanı deyib.
Q.Həsənquliyev bildirib: “Qoy o ölkələrin vətəndaşları gəlib burada valyuta xərcləsinlər və turizmin inkişafına təkan versinlər”.
Q.Həsənquliyev bildirib ki, özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidir. Onun sözlərinə görə, burada ləngiməyə yol vermək olmaz: “Dövlət ali təhsil müəssisələri, tibb müəsissələri və digər müəssisələr özəlləşdirilməlidir ki, dövlətin yükü azalsın. “Azərışiq”, “Azəriqaz”, AZAL kimi dövlət müəssisələrinin hamısının özəlləşdirilməsinin vaxtı çoxdan çatıb”.