ERMƏNİLƏRİN TÖRƏTDİYİ ÜSYAN VƏ QƏTLİAMLAR
Berlin anlaşmasının imzalanmasından sonrakı dövrdə erməni məsələsi iki istiqamətdə inkişaf etmişdir. Bunlardan birincisi Qərb dövlətlərinin Osmanlı dövləti üzərindəki basqı və müdaxilələri; ikincisi isə, Anadolu, Suriya ve Osmanlının Avropa hissəsində yaşayan ermənilərin Anadolunun müxtəlif yerlərində, xüsusilə Şərqi Anadolu ve Kilikyada gizli şəkildə təşkilatlanmaları və silahlanmalarıdır.
İlk təhriklər Rusiyadan gəlməyə başlamış, rusların bu fəaliyyəti ingilisləri ve fransızları ermənilərlə daha daha yaxından maraqlanmağa sövq etmişdir. Şərqi Anadoludakı ingilis konsulluqlarının sayı sürətlə artmış, əlavə olaraq bölgəyə çoxsaylı protestant missionerlər göndərilmişdir.
Bu təhriketmələr nəticəsində Şərqi Anadoluda 1880-ci ildən etibarən müxtəlif erməni komitələri qurulmağa başlamışdır. Ancaq lokal səviyyəli bu komitələr, Osmanlı idarəçiliyindən şikayəti olmayan, sülh və rifah içində yaşayan erməni icmalarınınn diqqətini çəkmədiyindən uğurlu olamamışdır.
Osmanlı ermənilərini ölkə daxilində qurulan komitələr yoluyla dövlətə qarşı hərəkata cəlb etmək mümkün olmadıqda, bu dəfə Rusiya imperiyasında yaşayan ermənilərlə Osmanlı torpaqlarından kənarda komitələr yaratdırmaq yoluna baş vurulmuşdur. Beləliklə 1887-ci ildə Cenevrədə sosialist meylli, militarist Hınçak; 1890-ci ildə isə Tiflisdə terror, üsyan, mübarizə və müstəqillik tərəfdarı Daşnak komitələri ortaya çıxmışdır. Bu komitələrə, “Anadolu torpaqlarının və Osmanlı ermənilərinin xilası” hədəf olaraq göstərilmişdir.
İstanbulda təşkilatlanan və Avropa dövlətlərinin diqqətini erməni məsələsinə çəkərək Osmanlı ermənilərini təhrik etməyi hədəfləyən Hınçakların başlatdığı qiyam cəhdlərini, aralarında siyasi mübarizə başlayan Daşnakların fəaliyyəti izləmiştir. Bu üsyan cəhdlərinin ortaq özəllikləri; Osmanlıya kənardan gələn komitələr tərəfindən planlanmış və istiqamətləndirilmiş olmaları ilə təşkilatlanma fəaliyyətlərində Anadoluya yayılan missionerlərin böyük dəstəyinin olmasıdır.
İlk üsyan 1890-cu ildə Ərzurumda oldu. Bu üsyanı, eyni il meydana gələn Qumqapı nümayişi, 1892-93-cü illərdə Kayseri, Yozgat, Çorum və Merzifon hadisələri, 1894-Sasun üsyanı, Babıali nümayişləri və Zeytin üsyanı, 1896-da Van üsyanı və Osmanlı Bankının işğalı, 1903-cü ildə ikinci Sasun üsyanı, 1905-də Sultan Əbdülhəmidə sui-qəsd cəhdi və nəhayət 1909-ci ildə baş verən Adana üsyanı izləmişdir.
1906-1922-ci illər arasında Anadoluda ve Qafqazda, 517 min 955 nəfər türk, ermənilər tərəfindən qətlə yetirilmişdir. Sayı müəyyən edilə bilməyənlərlə birgə bu rəqəm 2 milyona qədərdir.
Ermənilər türk xalqına ən böyük zərəri Birinci Dünya Müharibəsi vaxtı həyata keçirdikləri qətliamlarla vurmuşlar. Bu dönəmdə ermənilər Rusiya üçün cəsusluq etmiş, səfərbərlik zamanı hərbi xidmət çağırışlarına əməl etməmiş, orduya qatılıb silah sahibi olanlar da
silahları ilə birlidə Rus ordusu tərəfinə keçərək toplu halda “vətənə xəyanət” cinayəti törətmişlər.
Hələ səfərbərliyin başlanğıcında, türk ordu birliklərinə qarşı hücuma keçən erməni quldur dəstələri böyük qırğınlar törətmiş, türk kəndlərinə basqınlar edərək dinc əhaliyə böyük zərər vurmuşlar. Qırğınlar zamanı Vanın Zeve kəndinin bütün əhalisi, – qadın, uşaq və yaşlı – fərq qoyulmadan ermənilər tərəfindən öldürülmüşdür.
Üsyanların Osmanlı qüvvələri tərəfindən yatırılması, dünya gündəmində təbliğat məqsədli olaraq “Müsəlmanlar xristianları qətlə yetirir” kimi əks etdirilmiş və erməni problemi getdikcə daha geniş miqyasda bir beynəlxalq məsələ səviyyəsinə qaldırılmışdır. Belə ki, o dövrün ingilis və rus diplomatik təmsilçiliklərinin məruzələrində, “Erməni qiyamçılarının hədəfinin qarışıqlıq salaraq Osmanlıların cavab addımı atmasını və beləcə xarici dövlətlərin müdaxiləsinə şərait yaratmaq” olduğu qeyd edilir.
Digər tərəfdən böyük dövlətlərin diplomatik və konsulluq təmsilçilikləri Anadolunun hər tərəfinə səpələnmiş xristian missionerləri ilə birlikdə erməni təbliğatının Qərb ictimaiyyətinə çatdırılmasında və mənimsənilməsində böyük rol oynamışlar.
24 APREL 1915
Osmanlı hökuməti ermənilərin üsyanı və törətdikləri qətliamlar qarşılığında, erməni patriki, erməni millət vəkilləri və erməni xalqının nümayəndələrinə “Ermənilərin müsəlmanlara arxadan zərbə vurmağa və qətllər törətməyə davam edəcəkləri halda zəruri tədbirlər görüləcəyi” xəbərdarlığını etmişdir. Ancaq hadisələrin sakitləşmək əvəzinə daha da genişlənməsi, müdafiəsiz qalan türk qadın və uşaqlarına qarşı hücümların artması və ordunun bir çox cəbhədə müharibə aparmaqda olması səbəbindən arxa cəbhənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac yaranmışdır.
Bu səbəbdən, 24 aprel 1915-ci il tarixində erməni komitələri bağlanaraq rəhbərlərindən 2345 nəfər dövlət əleyhinə fəaliyyət göstərdiklərinə görə həbs edilmişlər. Tutulanlar Ankara və Çankırı həbsxanalarına göndərilmişdir. Xaricdəki ermənilərin hər il “erməni soyqırımının ildönümü” dəyə qeyd etdikləri 24 aprel, məhz bu 2345 komitə üzvünün həbs edildiyi tarixdir və köçürmə tədbirləri ilə heç bir formada bağlı deyildir.
Osmanlı hökümətinin bu qərarından sonra fəaliyyətə keçən Eçmüədzin Katolikosu Kevork ABŞ prezidentinə aşağıdakı teleqrafı göndərmişdir:
“Hörmətli Prezident, Türk Ermənistanından aldığımız son xəbərlərə görə, orada qətliam başlamış və məqsədli bir terror, erməni xalqının mövcudluğuna təhlükə yaratmışdır. Bu həssas məqamda zati-ailələrinin və böyük amerikan millətinin saf duyğularına müraciət edərək, insanlıq və xristianlıq inancı adına, böyük respublikasnızın diplomatik təmsilçilikləri vasitəsiylə dərhal müdaxilə edərək, türk fanatizminin zorakılığına buraxılmış Türkiyədəki xalqımın qorunmasını rica edirəm.
Kevork,
Baş yepiskok və bütün ermənilərin katolikosu.”
Baş yepiskoop Kevorkun teleqrafının ardınca Rusiyanın Vaşinqtondakı səfiri ABŞ bu barədə fəaliyyətə başladı. Bütün baş verənlər, qeyri-qanuni erməni komitələrinin bağlanılması və quldur dəstələrinin başçılarının həbs edilməsindən ibarətdir. Lakin ermənilər hadisələri bir “soyqrım” kimi göstərməyə, ABŞ ilə Rusiyanı öz tərəflərinə çəkməyə çalışmışlar.