QHT sektorunun idarəçilik potensialının gücləndirilməsinə dair layihənin maliyyələşdirilməsi haqda müqavilə imzalanacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT İnkişaf Proqramı “Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi” adlı müştərək layihənin maliyyələşdirilməsi haqda müqavilə imzalayacaq.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi QHT sektorunun davamlı inkişafının təmin edilməsi üçün regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərlik, layihə idarəetməsi və mühasibat uçotunun aparılması sahəsində təcrübəsinin təkmilləşdirilməsi, onlara konsultativ və təlimlər üzrə yardımların göstərilməsidir.

Qeyd edək ki, müqavilənin təntənəli imzalanma mərasimi sentyabrın 10-da baş
tutacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO