Referendum üzrə təşəbbüs qruplarının qeydə alınması başa çatdı. Konstitusiyaya əlavə və dəyişikliklərə yönəlik 18 mart referendumunda təşviqat aparmaq üçün MSK-ya 14 təşəbbüs qrupu müraciət edib. Onlardan 9-u qeydə alınıb, 1-i imza vərəqələrini vaxtında təhvil verə bilməyib, 4-nün etibarlı imzalarının sayı isə təşviqat qrupu kimi qeydə alınmaq üçün yetərli olmayıb.
Qeydə alınan təşviqat qrupları
«Yeni Azərbaycan» – hakim Yeni Azərbaycan Partiyasının yaratdığı qrup
«Şəhər» – bir sıra rayon və şəhər bələdiyyələrində, universitetlərdə yaradılmış qrup
«Tərəqqi» – bir sıra rayon və şəhər bələdiyyələrində, universitet və idarələrdə yaradılmış qrup
«Hüquq və Demokratiya» – Rəbiyyət Aslanova, Əliməmməd Nuriyev, Qüdrət Həsənquliyev, Əli Hüseynov və başqalarının səlahiyyətli nümayəndə olduğu hüquqşünaslar qrupu
«Vətəndaş Cəmiyyəti» – Azay Quliyev, Rauf Zeyni və başqalarının səlahiyyətli nümayəndə olduğu QHT rəhbərlərinin yaratdığı qrup
«Davamlı İnkişaf Naminə» – Olimpiya çempionu Elnur Məmmədlinin də səlahiyyətli nümayəndə olduğu gənclərin qrupu
«Zəka» – Akademiklər Vasim Məmmədəliyev, Bəkir Nəbiyev, Ağamusa Axundov və başqalarının yaratdığı qrup
«Respublikaçılar» – Müsavat Partiyasının yaratdığı qrup
«Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» – AXCP, ADP, Ümid və digər partiyaların yaratdığı qrup
Qeydə alınmayan təşəbbüs qrupları
«Abad kənd» – bir sıra kənd rayonlarında yaradılmış qrup
«Azad söz» – hakimiyyətə yaxın qəzetlərin rəhbərlərinin yaratdığı qrup
«Milli İstiqlal» – Milli İstiqlal Partiyasının yaratdığı qrup
«Azərbaycan Xalq Cümhuriyyəti» – Demokratiya Uğrunda İttifaq partiyalarının yaratdığı qrup
İmza vərəqələrini MSK-ya təqdim etməyən təşəbbüs qrupu
«Demokratik Azərbaycan Dünyası» – Məmməd Əlizadənin sədrlik etdiyi Demokratik Azərbaycan Dünyası Partiyasının yaratdığı qrup.
«Media forum»