Qazaxıstanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi təşkil edilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasim L.Qumilyov adına Qazaxıstan Milli Universitetinin Heydər Əliyev auditoriyasında keçirilib. Mərasimdə Qazaxıstanın siyasi, ictimai, qeyri-hökumət təşkilatlarının, Azərbaycan diaspor təşkilatlarının fəallarının və yerli mətbuat orqanlarının nümayəndələri iştirak edib.
Mərasimi giriş sözü ilə səfir Zakir Həşimov açıb və iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Həşimov çıxışında bildirib ki, 20 Yanvar faciəsi ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə öz qiymətini alıb.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotoşəkillər və sənədli film nümayiş etdirilib. Müzakirələrdə Qazaxıstan tərəfindən Nur Otan Partiyasının fəallarından Kazbek Kaskenov və digər qonaqlar çıxış ediblər.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO