Fransadakı insidentdən sonra Qərbdə yeni islamofobiya dalğası ilə bağlı hər hansı nəticə çıxarmaq hələ tezdir. Bunu Trend-ə Londonun “Ərəb Şərqi” mərkəzinin rəhbəri Səlim Züheyri deyib.
Onun sözlərinə görə, bu gün Parisdə “Charlie Hebdo” jurnalının ofisinə hücumun arxasında kimin dayanması hələ məlum deyil, çünki Fransa hökuməti rəsmi bəyanat verməyib. Bundan başqa, bu hücumda şübhəlilər də yoxdur.
S.Züheyri qeyd edib ki, Qərb özünü İslam dünyasının “qurbanı” qismində təqdim etməyə çalışır, lakin artıq aydın olur ki, İslam dünyasında artan radikalizmin qurbanları əsasən müsəlmanlardır.
Qeyd edək ki, bu gün Parisdə “Charlie Hebdo” satirik nəşrinin ofisinə hücum nəticəsində 12 nəfər ölüb.
Trend.az