Prezidentliyə namizədlərin efirdə səsləndirdiyi fikirlərə görə İctimai Televiziya məsuliyyət daşımır”

“Bəzi prezidentliyə namizədlər canlı efirdə Seçki Məcəlləsinin 88-ci maddəsinə zidd olan təhqirlər səsləndirir. Müdaxilə səlahiyyəti olmasa da, verilişin aparıcısı dəfələrlə belə hallara yol verilməməsi haqda həmin namizədlərə xəbərdarlıq edib”. Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov verib. Baş direktor bu halın aradan qaldırılacağına inandığını bildirib. İ. Ömərov deyib ki, qanuna əsasən efirdə səslənən fikirlərə görə İTV məsuliyyət daşımır.
Namizədlərin iştirakı ilə təşkil olunan debatların efir vaxtı ilə bağlı səslənən narazılıqlara gəlincə, İ. Ömərov bu vaxtın namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr nəticəsində müəyyənləşdiyini deyib.
Seçkini boykot edən qüvvələrə efir vaxtının verilməsinə gəlincə, baş direktor deyib ki, onlara efirin ayrılması 7 nəfər prezidentliyə namizədin hüququn pozulması demək olardı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO