«Media forum» saytı «Qoroskop» qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin bələdçiliyi ilə prezidentliyə namizədlərin astroloji göstəricilərinə (doğulduqları il və bürcləri üzrə) nəzər salır. Namizədlərin ardıcıllığı onların yaşına uyğun – böyükdən kiçiyə verilir. Namizədlərin üçü Hava, ikisi Od, ikisi Torpaq ünsürlüdür. Aralarında iki Qoç, iki Tərəzi, bir Qız, bir Oğlaq və bir Sutökən var. Prezidentliyə namizədlərin ikisi Meymun, ikisi İt, ikisi İlan, biri Öküz ilində doğulub.
Numeroloji rəqəmə görə İlham Əliyev 8, Fuad Əliyev 7, Qüdrət Həsənquliyev 6, Hafiz Hacıyev, İqbal Ağazadə və Qulamhüseyn Əlibəyli 5, Fazil Mustafayev isə 1-də qərar tutur.
Hafiz Hacıyev, 16.04.1956 (Meymun ili, Qoç bürcü)
İl. Qalmaqal, intriqa yaradan, dezinformasiya yayan, sabitlikdən xoşlanmayan. Bu adamlar üçün onların məqsədinə mane olan hər kəs düşməndir – kimliyindən asılı olmayaraq. Hazırda hind ailələri Meymun ilindən olan oğlanlara qız verməkdə tərəddüd edirlər. Mütləq onun şəcərəsini, fərdi qabiliyyətini və peşəsini nəzərə alırlar. Bu adamlar siyasətdə, ələlxüsus da hərbi və hüquq-müdafiə sahəsində böyük təcrübəyə malik olurlar. Dostları tək-tük olsa da, onun müdafiəsini təşkil etmək üçün kifayət edir.
Bürc. Qorxmaz, qətiyyətli, son sözü əvvəldə deyən, aldığı tapşırığı layiqincə yerinə yetirən adamdır. Pula yalnız vasitə kimi baxır, tənhalıqdan qorxduğu üçün dostlarının çox olmasını istəyir. Onlar hətta kənardan da siyasətin içini görürlər. Hazırkı hakimiyyətdə Ramiz Mehdiyevlə Ramil Usubovun adını çəkmək kifayətdir ki, Qoçun qüdrətini başa düşəsən. Qoçlar şəxsi maraqlarını hər şeydən üstün tutan adamlardır. Onlar daim keçmişin acı xatirələri ilə yaşayır, sınmış qəlblərində ağrı gəzdirirlər. Bu səbəbdən də onlar, demək olar, heç vaxt ürəkdən gülmürlər. Hətta belə bir şey baş verərsə, buna inanmaq çətindir. Çünki onların gözləri həmişə kədərli olur.
Qulamhüsen Əlibəyli, 08.10.1958 (İt ili, Tərəzi bürcü)
İl. Çox etibarlı, mübariz, sülhpərvər, özündən başqa hamını düşünən, sədaqət simvolu, siyasi arenada nüfuz qazanmağı bacaran, mübarizədən dönməyən, yaradıcı adamdır, əlinə pul düşəndə harınlamaqla işi yoxdur.
Bürc. İkili fikirlər, daxili tərəddüdlər konkret addımlar atmağın qarşısını alır, bu adamlar özlərinə qarşı simpatiya yarada bilsələr də, siyasətdə hərəkətsizdirlər. Ümumiyyətlə, tərəzilərdən güclü siyasətçilər az-az çıxır.
İlham Əliyev, 24.12.1961 (Öküz ili, Oğlaq bürcü)
İl. Öküz elə hakimiyyət deməkdir, etibarlı dostları, güclü dairəsi olur, ən çılğın situasiyada təmkinli, ən sabit durumda isə çılğın olurlar. Belələrinin ətrafında nə qədər dost və tərəfdaş olsa da, bəzən heç kimə etibar etmirlər. Belələri məsuliyyətdən və riskdən çox qorxurlar. Əgər onun belə bir iş gördüyü aydın olursa, deməli, bunu başqalarının vasitəsilə həyata keçirib. Xəyanət etməz, satmaz, həm də günahları bağışlamaz, axı o hamıdan kinlidir. Ən başlıcası isə, bu ildə doğulanlar mənəvi cəhətdən həmişə özlərini tənha hiss edirlər.
Bürc. Bu bürcün daşıyıcıları zəif siyasətçilərdir, liderlik keyfiyyətləri güclü deyil. Onlar pedaqoji fəaliyyət, incəsənət və bizneslə daha yaxşı məşğul ola bilirlər. Bu bürcdən olanların uğurları analitik qabiliyyət və gizli əlaqələrdədir.
Azərbaycanın çağdaş siyasətində ən tanınmış Oğlaqlar Vəfa Quluzadə, Eldar Namazov, Mübariz Qurbanlı, Cəmil Həsənli, Asya Manafovadır. Tariximizdə də az olub – Məşədi Əzizbəyov və Ruhulla Axundov.
Qüdrət Həsənquliyev, 29.01.1965 (İlan ili, Sutökən bürcü)
l. Çox informasiyalı adamlardır, amma etibarlılıq dərəcələri azdır, heç bir işə bütün gücləri ilə girmirlər, onlar üçün yalnız dövri şanslar olur, planları pozan adamlardan qisas almaq üçün bütün vasitələrdən yararlanırlar. Onların qətiyyəti kamillik səviyyəsində olsa, hər şeyə nail ola bilirlər.
Bürc. 12 zodiak işarəsi arasında ən humanist, ən yolagedən, ən dostcanlı və qohumcanlı fərddir. Amma ən pessimistlər də bu adamlardan çıxır, statistika göstərir ki, zəmanə ilə ayaqlaşmayıb intihar edənlərin böyük əksəriyyəti bu bürcün daşıyıcılarıdır. Siyasi hakimiyyətdə fasilələrlə və qısamüddətli olsalar da, gündəmdə uzun müddət qalmağı bacarırlar. Məmmədəmin Rəsulzadə, Eduard Şevardnadze, Ronald Reyqan, Tamerlan Qarayev, Surət Hüseynov bu bürc altında dünyaya gəliblər. Sutökənlər həm də sensasiya yaradanlardır.
Fazil Mustafayev, 15.10.1965 (İlan ili, Tərəzi bürcü)
l. Qüdrət Həsənquliyevlə eyni ildən olduğu üçün təkrarlayaq ki, çox informasiyalı adamlardır, amma etibarlılıq dərəcələri azdır, heç bir işə bütün gücləri ilə girmirlər, onlar üçün yalnız dövri şanslar olur, planları pozan adamlardan qisas almaq üçün bütün vasitələrdən yararlanırlar. Onların qətiyyəti kamillik səviyyəsində olsa, hər şeyə nail ola bilirlər.
Bürc. İkili fikirlər, daxili tərəddüdlər konkret addımlar atmağın qarşısını alır, bu adamlar özlərinə qarşı simpatiya yarada bilsələr də, siyasətdə hərəkətsizdirlər. Ümumiyyətlə, tərəzilərdən güclü siyasətçilər az-az çıxır.
İqbal Ağazadə, 17.09.1968 (Meymun ili, Qız bürcü)
İl. Qalmaqal, intriqa yaradan, dezinformasiya yayan, sabitlikdən xoşlanmayan. Bu adamlar üçün onların məqsədinə mane olan hər kəs düşməndir – kimliyindən asılı olmayaraq. Hazırda hind ailələri Meymun ilindən olan oğlanlara qız verməkdə tərəddüd edirlər. Mütləq onun şəcərəsini, fərdi qabiliyyətini və peşəsini nəzərə alırlar. Bu adamlar siyasətdə, ələlxüsus da hərbi və hüquq-müdafiə sahəsində böyük təcrübəyə malik olurlar. Dostları tək-tük olsa da, onun müdafiəsini təşkil etmək üçün kifayət edir.
Bürc. Allaha bağlılıq böyük olduğundan səbrilidirlər, uduzmağı sevmirlər, amma mübarizə taktikasını düzgün seçməmələri onları həmişə çətinliyə salır. Natiqlik bacarıqları da zəif deyil, bu adamlarda söz magiyası, nitqlə ram etmək bacarığı yüksəkdir. Təəssüf ki, daxili əminliyin olmaması onlara əngəl törədir. Siyasətdən çox iqtisadiyyatı gözəl bilirlər. Ətrafdakılara qarşı çox diqqətcil olsalar da, yaddaşları heç də bütün informasiyaları saxlamaq iqtidarında deyil.
Fuad Əliyev (Bakı) 04.04.1970 (İt ili, Qoç bürcü)
l. Çox etibarlı, mübariz, sülhpərvər, özündən başqa hamını düşünən, sədaqət simvolu, siyasi arenada nüfuz qazanmağı bacaran, mübarizədən dönməyən, yaradıcı adamdır, əlinə pul düşəndə harınlamaqla işi yoxdur.