Konstitusiya Məhkəməsi nəticələrini elan edəndən sonra seçilmiş şgxs 3 gün müddətində and içəcək
Prezident seçkisinin yekun nəticələrini Konstitusiya Məhkəməsi səsvermədən sonra ən gec 14 gün müddətinə elan edəcək. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev ANS-ə bildirib ki, Dairə Seçki Komissiyalarının əksəriyyətindən yekun protokol Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Onun sözlərinə görə, seçki məcəlləsinin tələbinə uyğun olaraq səsvermə başa çatdıqdan sonra 48 saat müddətinə DSK-lar yekun protokolu MSK-ya təqdim etməlidir. Ən gec 10 gün müddətinə MSK seçkilərin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərəcək. Konstitusiya Məhkəməsi nəticələrini elan edəcək və prezident seçilmiş şəxs məhkəmənin qərarından sonra 3 gün müddətində and içəcək. Azər Sarıyev qeyd edib ki, səsvermədən sonrakı müddət ərzində seçki ilə bağlı MSK-ya hələlik heç bir şikayət daxil olmayıb.