Prezident seçkilərini izləmək üçün 600 yerli müşahidəçi MSK-ya müraciət edib

Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün 600 yerli müşahidəçi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Bu barədə APA-ya MSK-nın şöbə müdiri İradə Hacıyeva məlumat verib. Onun sözlərinə görə, müşahidəçilər, əsasən, Qeyri Hökumət Təşkilatlarının təmsilçiləridir. Bundan əlavə, müstəqil şəxslər fərd olaraq seçkiləri müşahidə etmək üçün MSK-ya müraciət ediblər.
Siyasi partiyalardan isə hələlik yalnız Demokratik Azərbaycan Dünyası Partiyası müşahidəçilərinin qeydiyyata alınması üçün MSK-ya müraciət edib. İ. Hacıyeva bildirib ki, müraciət edən müşahidəçilərə MSK-nın müvafiq lövhəciyi veriləcək. Müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün qalana qədər davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO