Prezident seçkilərində Böyük Britaniyada yaşayan 200-dək Azərbaycan vətəndaşı səs verəcək

Azərbaycanın Böyük Briyataniyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq seçki məntəqəsi yaradılıb və komissiyanın tərkibi formalaşdırılıb. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Səfirlik yerli azərbaycanlı icmasının üzvlərinə seçkidə iştirak etmək üçün müvafiq bildirişlər göndərilib. Seçki ilə bağlı məlumatlar səfirliyin internet səhifəsində yerləşdirilib və həftəlik informasiya bülleteninə daxil edilərək ölkədə yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə çatdırılıb.
Böyük Britaniyada məskunlaşan 200-ə qədər Azərbaycan vətəndaşının seçkilərdə iştirakı gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO