Prezident müxalifətə təşəkkür etdi

Prezident müxalifətə təşəkkür etdi“Ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin öhkəmlənməsində öz rolunu oynayacaq” İkinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev bu gün andiçmə mərasimində çıxış edib. Lent.az-ın məlumatına görə, İlham Əliyev onun namizədliyini irəli sürüb təbliğat kampaniyasını apardığına görə YAP-a və namizədliyini dəstəkləyən müxalifət partiyalarına təşəkkür edib: “Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək. Və bundan Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaq. Fürsətdən istifadə edərək mənə qələbə münasibətilə göndərdiyi təbriklərə görə digər namizədlərə öz təşəkkürümü bildirirəm”. Heydər Əliyev siyasətini növbəti 5 ildə də davam etdirəcəyini vurğulayan İlham Əliyev son 5 il ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə olunduğunu deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO