Prezident İlham Əliyev Nardaran qəsəbəsinin sakinləri ilə görüşüb

Prezident İlham Əliyev Nardaran qəsəbəsinin sakinləri ilə görüşübİyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Qəsəbədə və ətraf ərazilərdə yolların yenidən qurulmasından danışan Prezident İlham Əliyev Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini dedi, yeni iş yerlərinin açılmasının vacibliyini vurğuladı. Bakının qədim yaşayış məskənlərindən olan Nardaran qəsəbəsi sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən Azərbaycan Prezidenti ölkəmizdə bütün azadlıqların, o cümlədən din azadlığının tam təmin edildiyini diqqətə çatdırdı. Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, qəsəbə sakinləri də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.

Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Sonra Prezident İlham Əliyev qəsəbə sakinləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO