Prezident İlham Əliyev Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib.

Prezident İlham Əliyev “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd etdi. Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan Prezident İlham Əliyev ölkəmizin statistika sistemində islahatların aparılmasının önəmindən danışaraq bu baxımdan Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışdı.

Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter effektiv siyasətin işlənib hazırlanmasında düzgün statistik məlumatların əldə edilməsi və istifadə olunmasının vacibliyinə toxundu, bu sahənin təkmilləşdirilməsinin əhəmiyyətini vurğuladı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO