Prezident İlham Əliyev “Qaçqın ” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası “nda dəyişikliklər etdi

Prezident İlham Əliyev "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda dəyişikliklər etdiAzərbaycan Prezidenti İlham Əliyev “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

– ikinci abzasın birinci cümləsindən “daxili işlər orqanları tərəfindən”, “zərurət yarandıqda” və “və onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır” sözləri çıxarılır;

– aşağıdakı məzmunda yeddinci abzas əlavə edilir:

“Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə, o, “qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır.”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]anrights-jwg.org

1905.az STUDIO