Səfərin məqsədi Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyətlə yaxından tanış olmaqdır.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda səfərdədir.
APA-nın məlumatına görə, P. Semnebini Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək, bundan başqa, xüsusi nümayəndə müxtəlif görüşlər keçirəcək. Qeyd edək ki, səfərin məqsədi Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyətlə yaxından tanış olmaqdır.