Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə hesabat toplantısı keçirib

Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə hesabat toplantısı keçiribƏdliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə hesabat toplantısı keçirib. APA-nın məlumatına görə, toplantıya İctimai Komitə Seçki Komissiyasının üzvləri, millət vəkilləri Rəbiyyət Aslanova, Azay Quliyev də qatılıb.

Tədbiri giriş sözü ilə açan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov komitə üzvlərini növbəti bir ili başa vurmları münasibətilə təbrik edib. O, İctimai Komitənin ədliyyə naziri yanında yaradılmış bir qrum olaraq özünü doğrultduğunu qeyd edib: “Artıq İctimai Komitənin hesabatları beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. BMT komitənin hesabatlarına istinad edir. Bu sizin nailiyyətlərinizdir”. Komitənin yeni tərkibinin formalaşması üçün çoxsaylı müraciətlərin olduğunu vurğulayan F. Qurbanov prosesin ayın sonunda başa çatdırılacağını deyib.

Daha sonra tədbirdə çıxış edən İctimai Komitə Seçki Komissiyasının üzvü, millət vəkili Rəbiyyət Aslanova komitənin fəaliyyətindən razı qaldığını, qurumun son üç ildəki fəaliyyətinin ürəkaçan olduğunu deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO