Pedro Aqramunt Azərbaycana gəlir
Rəsmi şəxslərlə görüş nəzərdə tutulur.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Oxu.Az-ın AŞPA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər 29 fevral – 1 mart tarixlərində baş tutacaq.
Səfər çərçivəsində P.Aqramunt Azərbaycanın rəsmi şəxsləriylə AŞPA ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.